Bakıda dəhşətli yanğının söndürülməsinə amfibiya təyyarə cəlb edildi — VİDEO/FOTOLAR

HADİSƏ 10 dek 2019, 11:18

FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.


Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir ədəd “BE-200ÇS” tipli təyyarəsi (amfibiya təyyarə) cəlb olunub.


Bundan başqa, əraziyə üç helikopter cəlb edilib. Yanğının ümumi ərazisi təxminən 500 hektara yaxındır. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top