“Eurohome”dakı yanğının söndürülməsinə iki yanğınsöndürmə qatarı cəlb olunub

HADİSƏ 10 dek 2019, 11:07

“Ekologiya postu” kimi tanınan ərazidə “Eurohome” tikinti materialları bazarındakı yanğının söndürülməsinə kömək məqsədilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb. 


Bu barədə Demokrat.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

 

Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.


Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı su ilə dolu çən vaqonlarının suyundan istifadə olunacaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top