Xoşqədəm ATV və ANS-dəki — MƏVACİBİNİ AÇIQLADI

ŞOU-BİZNES 09 dek 2019, 23:23

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı aylıq gəlirindən danışıb.

 

"Ölkə.Az" xəbər verir ki, o, aparıcısı olduğu "Səni axtarıram" verilişində bildirib ki, 3 il öncəyə qədər min manat məvacib alırmış:


"İşlədiyim telekanallara milyonlar qazandırmışam. Amma aparıcı kimi məvacibim əvvəlcə 500, sonra 600, ardınca isə 1000 manat olub. Yalnız "Xəzər" televiziyasına gəldikdən sonra daha yüksək maaş almağa başladım. Halbuki müəllifi olduğum layihəni telekanallara satsaydım, milyonlar qazanardım".


Qeyd edək ki, Xoşqədəm Hidayətqızı "Xəzər" televiziyasından öncə ATV və  ANS-də çalışıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top