"Azərbaycanla Rusiyanın əlaqələrinin inkişafı bütün sahələrdə özünü büruzə verir" — Polad Bülbüloğlu

SİYASƏT 09 dek 2019, 22:56

Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı bütün sahələrdə özünü büruzə verir.

 

Bu sözləri jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

 

Səfir bildirib ki, bu gün Bakıda keçirilən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclasında mühüm məsələlər müzakirə olunub: “Bu, qarşılıqlı iqtisadi əlaqələrin daha da möhkəmlənməsi üçün mühüm bir görüşdür. Azərbaycanla Rusiya arasında əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya yüksək səviyyəli səfəri bu münasibətlərin dərinləşməsinin əyani göstəricisidir”. (Azərtac)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top