Rasim Balayev icra başçılarının “Nəsimi”yə ağac əkdirməklərindən danışdı: “Nəyi pisdir ki?!”

ŞOU-BİZNES 09 dek 2019, 18:56

2019-cu il ölkəmizdə “Nəsimi ili” kimi qeyd olunur. Bu münasibətlə ötən həftə Bakıda və Azərbaycanın bir çox bölgələrində ağac əkmə kampaniyası keçirildi. Mütəfəkkir şairin 650 illik yubileyi şərəfinə birinci-vitse prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkildi. 


Qeyd edək ki, Azərbaycanda ilk dəfə idi ki, bir gündə bu qədər ağac əkilirdi.
 

Keçirilən kampaniyaların əksəriyyətində aktyorlar İmadəddin Nəsimi və Teymurləngin obrazlarını canlandırıb, şairin qəzəllərini səsləndiriblər. Sosial şəbəkələrdə bu məsələ müzakirə ilə qarşılanıb. Əksər izləyicilər şairin obrazının da kampaniyada iştirak etməsinin  və fatehlə bir səhnədə yer almasının doğru olmadığını, onların tarixdə heç bir zaman üz-üzə gəlmədiyini qeyd ediblər.

 

undefined
 

Məsələ ilə bağlı xalq artisti, “Nəsimi” filmində Nəsimi obrazının ifaçısı Rasim Balayev musavat.com-a danışıb: 


“Nəsimi obrazında olan aktyorun da ağac əkməsi bəyəm pisdir? Bu da bir xeyirxah işdir. Çox təqdirəlayiqdir ki, respublikada dahi şair Nəsiminin 650 illiyinin şərəfinə 650 min ağac əkilib.

 

undefined
 

Mən tarixçi deyiləm, ola bilsin ki, doğrudan da tarixdə Nəsimi ilə Teymurləng görüşməyib, amma əsərdə, səhnədə onları görüşdürüblər. Amma əgər, belə bir səhnə yaradıblarsa da bu, müxtəlif insanların fərziyyəsi əsasında olub. Burada pis bir şey yoxdur. Məsələn, Ramiz Həsənoğlunun “Dahilərin divanı” adlı əsəri var. Heç o əsərdəki obrazlar həyatda bir-biriləri ilə görüşməyib. Lakin onların dünyaya baxışları, əqidəsi, etdiyi hərəkətlər bədii formadır. Eləcə də Nəsimi ilə Teymurləngin görüşməsi bədii üsuldur. Hətta əsərdə belə bir məqam var, Teymurləng deyir ki, “Mən bu qədər qılıncla camaatı qorxu altında saxlayıram, mənim əqidəm keçmir, amma kitab oxumaqla insanlar dəyişir. Bu da bir bədii üsuldur”.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top