Rüstəmxanlı ailəsindən növbədənkənar seçki QƏRARI

GÜNDƏM 09 dek 2019, 16:21

“Mən keçiriləcək parlament seçkilərində deputatlığa namizəd olmayacam”.

 

Bunu Azəri-Türk Qadınlar Birliyinin sədri, Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı Modern.az-a açıqlamasında söyləyib:

 

“Deputatlığa namizəd olmaq fikrində deyiləm. Ancaq Sabir Rüstəmxanlı deputatlığa namizədliyini verəcək”.

 

Xatırladaq ki, Tənzilə Rüstəmxanlı Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının həyat yoldaşıdır.

 

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top