Fazil Məmmədovdan XƏBƏR VAR

SOSİAL 09 dek 2019, 20:21

Uzun müddətdir xəstəliyilə gündəmdə olan, hətta bu ilin fevralında “öldü” xəbəri yayılan sabiq Vergilər naziri Fazil Məmmədov sözün əsl mənasında Əzrayıla “qalib” gəlib. Bu mənada ki, aparılan çoxsaylı müayinə və müalicələr öz effektini verib, keçmiş nazir əvvəlki həyatını öz axarı ilə yaşamaqda davam edir.

 

Gəncədəki mənbənin Modern.az-a bildirdiyinə görə, F.Məmmədov mütəmadi olaraq Gəncə Beynəlxalq Xəstəxanasında olur, müayinələrdən keçir. Amma hazırda sağlamlığı tam olaraq yaxşıdır, Bakıda öz biznesilə məşğuldur.

 

Qeyd edək ki, uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşdiyindən bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəlxalq Xəstəxanasına  yerləşdirilmişdi. Vəziyyəti ağırlaşan F.Məmmədov daha sonra Almaniyanın “Heidelberg” xəstəxanasında mədə əməliyyatı keçirmişdi.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top