“Millət vəkilləri təsdiq ediblər ki, onlar vəzifələrini icra edə bilmirlər” — Osman Gündüz

GÜNDƏM 09 dek 2019, 18:43

“Maraqlıdır ki, Konstitusiya Məhkəməsi məhz deputatların “vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə” müddəasını əsas tutaraq Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Prezidentin müraciətinə müsbət rəy verib”.

 

Demokrat.az  xəbər verir ki, bunu tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib. O, sözlərinə belə davam edib:

 

“Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu “aradan qaldırıla bilməyən səbəblər” dedikdə, parlamentin mövcud tərkibdə vəzifələrinin icra edilməsini qeyri-mümkün edən səbəblər başa düşüldüyünü bildirib. Yəni, anlaşıqlı formada bu o deməkdir ki, deputatların əksəriyyəti öz razılıqları ilə, yazılı olaraq, həm də səsverməklə təsdiq ediblər ki, onlar vəzifələrini icra edə bilmirlər. Konstitusiya Məhkəməsi də məhz bu faktı nəzərə alaraq müsbət rəy verib.

 

Belə olan halda maraqlı sual ortaya çıxır ki, köhnə deputatların yenidən namizədlik irəli sürməsi və seçilməsi nə dərəcədə konstitusiyaya uyğundur?”

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top