Dünyanın ən gənc baş naziri seçildi — FOTO

DÜNYA 09 dek 2019, 18:17

34 yaşlı Sanna Marin Finlandiya Nazirlər Kabinetinə başçılıq etməklə dünyanın ən gənc Baş naziri olacaq.

 

Məlumatı BBC agentliyi yayıb. 

 

Ölkənin aparıcı siyasi qüvvəsi olan Sosial Demokrat Partiyası və digər parlament fraksiyaları Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə Nəqliyyat və Rabitə Nazirliyinin başçısı Sanna Marininin namizədliyini təsdiq ediblər.

 

Yeni baş nazir bu postda üç dekabrda istefa vermiş Anti Rinneni əvəz edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin keçmiş rəhbərinin istefasından sonra bütün hökumət üzvləri istefaya göndərilib. 

 

Sanna Marin Finlandiya tarixində sözügedən vəzifəsini tutacaq üçüncü qadın olacaq. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top