Rusiyaya şok qadağa: Olimpiya və dünya çempionatında iştirak edə bilməyəcək

İDMAN 09 dek 2019, 15:13

Rusiya dopinq laboratoriyası məlumatlarını manipulyasiya etməsi ittihamlarına görə dörd illik qadağa ilə üzləşə bilər.

 

Demokrat.az xəbər verir ki, bu barədə qərar İsveçrənin Lozanna şəhərində keçirilmiş Dünya Anti-Dopinq Agentliyinin (WADA) iclasında qərar çıxarılıb.

 

Bu üzdən Rusiya idmançılarının 2020 Tokio Yay Olimpiya Oyunları, 2022 Pekin Qış Olimpiadası, həmçinin 2020-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakı əlindən alına bilər. Rusiyanın idman naziri Pavel Kolobkov bu məsələyə şərh vermək istəməyib.

 

WADA-nın qərarına baxmayaraq, bu qadağa AVRO-2020-nin ev sahiblərindən olan Rusiyanın yarışda iştirakını məhdudlaşdırmayacaq.

 

Qeyd edək ki, Rusiya Anti-Dopinq Agentliyi (RusADA) bu ilin əvvəlində dopinq test məlumatlarının təhrif olunmasında günahlandırılıb. RusADA-nın rəhbəri Yuri Qandus da təsdiqləyib ki, kimsə laboratoriyadakı dopinq test nəticələrini dəyişdirib və ya ləğv edib. (oxu.az)

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top