Sabah bu ərazilər işıqsız qalacaq — XƏBƏRDARLIQ

SOSİAL 09 dek 2019, 21:18

Abşeron rayonu Qobu və Masazır qəsəbələri, At-yalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.

 

"Azərişıq" ASC-nin Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq 10.12.2019-cu il tarixindən adıçəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top