Xırdalanda güclü partlayış: Xəsarət alanlar var

HADİSƏ 09 dek 2019, 12:16

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

 

FHN-dən Demokrat.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

 

Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.

 

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

 

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top