Əli Əliyevin partiyasından növbədənkənar seçki AÇIQLAMASI

GÜNDƏM 09 dek 2019, 13:13

Vətəndaş və İnkişaf  Partiyası (VİP) Siyasi Şurasının iclası keçirilib.

 

Partiyadan Demokrat.az-a bildirilib ki, iclasda VİP-in 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə iştirak məsələsi müzakirə olunub.

 

Toplantıda çıxış edən VİP sədri Əli Əliyev Milli Məclisin buraxılmasını və erkən seçkilərin təyin olunmasını şərtləndirən amilləri geniş təhlil edib. Əli Əliyev ölkənin yenilənməsinin zəruriliyini bəyan edən hakimiyyətin hələ də növbədənkənar parlament seçklərinin ədalətli və demokratik keçiriləcəyinə dair etimadla qarşılanacaq qəti bəyanat vermədiyini vurğulayıb.

 

Müzakirələrdə iştirak edən VİP Siyasi Şurasının üzvləri partiyanın erkən seçkilərdə iştirakını, o cümlədən, boykot variantını zəruri edən məqamlara toxunublar.

 

İclasda VİP Nizamnaməsinin 40-cı maddəsi rəhbər tutularaq, partiyanın 9 fevral seçkilərinə münasibətini müyyən etmək məqsədilə dekabrın 15-nə Məclisin çağırılması qərara alınıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top