Bakıda səfirin müşavirinin avtomobili yandı

HADİSƏ 09 dek 2019, 11:43

Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb.


Demokrat.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

 

İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Mirani idarə etdiyi İraq Səfirliyinə məxsus "Volkswagen-Passat" markalı 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub.

 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

 

 Faktla bağlı araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top