Erməni əsir və girovluğundakı azərbaycanlılar — Sayı açıqlandı

SOSİAL 09 dek 2019, 10:51

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 dekabr 2019-cu tarixinə 3888 nəfərdir.

 

Dövlət Komissiyasının İşçi qrupundan Demokrat.az-a verilən məlumata görə, itkin düşmüş şəxs kimi rəsmi qeydiyyata alınmış hərbçilərin sayı 3170 nəfər, mülki şəxslərin sayı 718  nəfərdir. Ümumilikdə itkinlərin 3662 nəfərini kişilər, 266 nəfərini qadınlar təşkil edir.

 

İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 266 nəfər, qocalar 326 nəfərdir.

 
Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 871 nəfər təşkil edir.  Bunlardan 773-ü kişilər, 98-i qadınlardır.

 

Əsir-girov götürüldüyü bildirilən şəxslərin 604 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir. Mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.


1 dekabr 2019-cu il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1476 nəfər olub. Onlardan hərbçilər 378 nəfər, mülki şəxslər 1098 nəfər təşkil edib.

 

Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin  224-ü  uşaqlar,  354-ü qadınlar,  225-i qocalar olub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top