Milli futbolçunun bacısının intiharı ilə bağlı YENİ XƏBƏR

HADİSƏ 09 dek 2019, 10:25

Bakıda tanınmış futbolçunun bacısının intihar etməsi ilə bağlı cinayət işi başlanıb.   

 

Demokrat.az xəbər verir ki, dekabrın 8-də Yasamal rayonu, Əhəd Əhmədov küçəsində kirayədə yaşayan 1992-ci il təvəllüdlü Sevinc Qırtımova yaşadığı binanın 18-ci mərtəbəsində özünü ataraq intihar edib.

 

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

Qeyd edək ki, S. Qırtımova Azərbaycan millisinin sabiq, “Keşlə”nin hazırkı futbolçusu İlkin Qırtımovun bacısıdır.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top