Azərbaycanda faciə — Bir ailənin 4 üzvü zəhərləndi

HADİSƏ 09 dek 2019, 09:21

Gəncə şəhərində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

 

Denijear.az-ın verdiyi məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsi bina 1, mənzil 40-da qeydə alınıb.

 

Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Şirin Elçin oğlu Qasımov, onun həyat yoldaşı Jalə Rizvan qızı Qasımova və iki az yaşlı övladları, 2012-ci il təvəllüdlü Nigar Şirin qızı Qasımzadə və 5 yaşlı oğlu Elçin Qasımzadə dəm qazından zəhərlənib.

 

Ailə üzvüləri ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə qaldırılıb.

 

İlkin məlumata görə, hadisə nəticəsində ana Jalə Qasımova həyatını itirib. Hadisə yerinə Gəncə şəhər Prokurorluğu və Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub, fakt araşdırılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top