"Qara Qarayev" metrosunun qarşısında dəhşətli hadisə – ürəyindən bıçaqlandı

HADİSƏ 09 dek 2019, 08:49

Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

 

Demokrat.az APA-ya istinadla xəbər verir ki, hadisə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında törədilib.

 

28 yaşlı Kazımov Ramal Kamal oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Nizami Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, R.Kazımov işlədiyi mağazanın yaxınlığında mübahisə edib. Qətl də həmin ərazidə törədilib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top