"Yevda müəllim kimi şərəflə yaşayıb ölənlər ölmürlər" — Deputat

SOSİAL 08 dek 2019, 21:14

“Yevda müəllimlə vidalaşdıq. Yaxşı bir insanı, səmimi dostu, sədaqətli vətəndaşı itirdik”.

 

Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev həmkarı Yevda Abramovun dünyasını dəyişməsi ilə bağlı danışarkən deyib.

 

Deputat bildirib ki, Yevda Abramov dünyasını dəyişməmişdən bir neçə gün əvvəl xəstəxanaya ona baş çəkməyə gedib:

 

“Dostum Azərlə xəstəxanaya ona baş çəkməyə getmişdik. Çətinliklə danışırdı.Hiss etdik ki, ömrünün son saatlarıdır, təskinlik verməyə çalışdıq. Güc tapıb qayğı və diqqət üçün ölkəmizin rəhbəri İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Azərbaycanı, azərbaycanlıları ürəkdən sevdiyini dilə gətirdi. Göz yaşlarını saxlaya bilmirdi. Ancaq qürurlu idi. Dostlara salam göndərdi. Ondan ayrılmaq çətin olsa da biz də palatanı göz yaşlarimizı silərək tərk etdik”.

 

“Ölümə çarə yoxdur, ancaq Yevda müəllim kimi şərəflə yaşayıb ölənlər ölmürlər, ölümü öldürür, həyatlarını güldürürlər”,-deyə deputat əlavə edib.

 

Qeyd edək ki, V çağırış Milli Məclisin deputatı Yevda Abramov dekbarın 6-da uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top