ABŞ-da hərbi təhsil alan xarici tələbələr yoxlanılacaq

DÜNYA 08 dekabr 2019, 09:44

Pentaqon Florida ştatında baş vermiş silahlı insidentdən sonra ABŞ-da hərbi təhsil alan xarici tələbələri yoxlayacaq. 


“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında bildirib.


“Komandamız ölkəmizə gələn əcnəbi tələbələrin düzgün seçilməsini və yoxlanmasını təmin etmək üçün sərəncamımızda olan bütün tədbirləri öyrənir. Biz onların kim olduğunu yaxşı bilməliyik”, - deyə Esper bildirib.


Xatırladaq ki, dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) hərbçisi Məhəmməd Səid əl-Şəmrani 3 nəfəri öldürdükdən sonra intihar edib. Hadisə  nəticəsində daha 8 nəfər də yaralanıb.


Tələbənin terrorçularla əlaqəsinin olub-olmadığı müəyyənləşdirilir. 


Əl-Şəmrani hərbi bazada 2017-ci ildən təlim keçirdi. Onun tədris proqramı 3 il sürməli idi.


Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud qətlə yetirilən hərbçilərin ailələrinə kömək edəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top