Yadigar Sadıqlı Müsavatın seçkilərdə iştirakı qərarından DANIŞDI

GÜNDƏM 07 dek 2019, 17:40

"Mən həmişə seçkidə iştirakın tərəfdarı olmuşam".


Bu sözləri Demokrat.az-a Müsavat Partiyasının üzvü, son qurultayda başqanlığa namizədliyini irəli sürən Yadigar Sadılı deyib.


O, əlavə edib ki, Müsavat Partiyası Məclisinin qərarını normal qarşılayır: 


“Amma qərarən necə icra olunacağı da əsasdır. 2015-ci ildə belə qərar verildi. Amma əslində bir neçə istisna şərtilə dairələrin çoxunda həqiqi seçki kampaniyası aparılmadı, müqavimət göstərilmədi. Boykot qərarı veriləndən sonra da normal müşahidəçilik təşkil olunmadı. Ümid edirəm, bu dəfə belə olmayacaq”.

 

Y.Sadıqlı əlavə edib ki, özünün də seçkilərdə iştirak etmək niyyəti var:

 

"Əgər maliyyə problemini həll etsəm, seçkilərdə mən də namizəd olacam".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top