Meksikada nəhəng neft yatağı tapıldı

DÜNYA 07 dek 2019, 19:03

Meksikanın Tabasko əyalətində son 30 ilin ən böyük neft yatağı tapılıb.


Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Meksikanın Petroles Meksikanos dövlət neft şirkətinin rəhbəri Oktavio Romero açıqlama verib. 


O, körfəzdəki neft sahəsində 500 milyon barelə yaxın neft ehtiyatı kəşf etdiklərini bildirib.


Hazırda ərazidə gündəlik 4500 barel neft hasil edildiyini deyən Romero 34 kv. kilometr böyüklüyündəki sahədə daha 11 quyu qazmağı planlaşdırdıqlarını qeyd edib. 


O, bölgədə 2020-ci ildə gündəlik 69 min, 2021-ci ildə isə 110 min barel olmaqla ümumilikdə 11,61 milyon kubmetr qaz tədarük ediləcəyini də bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top