Etibar Məmmədov parlament seçkilərinə hansı dairədən qatılacaq? — Özündən AÇIQLAMA

SİYASƏT 07 dek 2019, 16:30

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək.


Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 


Məlumatda iddia olunur ki, Etibar Məmmədov hazırda namizədliyini irəli sürəcəyi seçki dairəsini müəyyənləşdirir. Və bu böyük ehtimalla Yasamal rayonu ərazisindəki dairələrdən biri ola bilər. 


Demokrat.az-ın əməkdaşı sözügedən xəbəri dəqiqləşdirmək üçün Etibar Məmmədovla əlaqə saxlayıb. 


E.Məmmədov yayılan xəbərləri nə təsdiq, nə də təkzib edib. 


O, bildirib: "Gündə bir söz yayırlar, deyirlər. Xahiş edirəm ki, mənim adımdan heçnə yazmayın". 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top