Qarabağ ərazisi narkotik tranziti kimi istifadə olunur — Ermənilərdən ETİRAF

HADİSƏ 07 dek 2019, 16:01

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin müstəqil üzvü Arman Babacanyan Daşnaksütyun Partiyasının Qarabağ ərazisindən narkotik tranziti kimi istifadə etdiyini bəyan edib:

 

“Bu qüvvə Ermənistanın müstəqilliyinin ilk illərindəki terror fəaliyyətləri ilə məşhurdur. İndi bu təşkilat dövlətə və ayrı-ayrı güc strukturlarına qarşı partizan mübarizəsinə başlamağa qərar verib. Hesab edirəm ki, Milli Assambleya kənarda qalmamalı, baş verənlərə öz qiymətini verməlidir”.

 

Babacanyan bildirib ki, “Daşnaksütyun 1990-cı illərin əvvəllərindən narkotik nəqli ilə məşğul olub və prosesi indi eyni qrupa qoşulan David Şahnazaryan (1994-1995-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri – red.) idarə edir. 27 oktyabr terror hücumunun iştirakçılarının bu qurumla əlaqəsini unutmamalıyıq”.

 

Babacanyan Milli Təhlükəsizlik Xidmətini Ermənistandakı və xaricdəki mediasından istifadə edərək, dövlətə və mövcud islahatlara qarşı çıxan partiyanın fəaliyyətini diqqət mərkəzində saxlamağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top