“Xəzər” Televiziyasında təhvil-təslim işləri gedir

HADİSƏ 07 dek 2019, 13:35

"Xəzər” Televiziyasında rəhbərliyin dəyişdirilməsi və təhvil-təslim işlərinə start verilib.


Demokrat.az konkret.az-a istinadla xəbər verir ki, artıq kanala yeni müavin də təsdiq edilib. Telekanalın rəhbəri Şamxal Həsənovun isə tezliklə işdən kənarlaşdırılacağı deyilir. 

 

"Xəzər”TV-də artıq təhvil-təslim işlərinə də start verilib və bəzi əşyaların daşınmasına başlanılıb.


Qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top