Baş direktor: "Bakı Limanı böyük həcmdə Çin yüklərini qəbul etməyə hazırdır" (FOTOLAR)

SOSİAL 07 dek 2019, 15:29

Qədim İpək Yolunun başlandığı Sian şəhərində ənənəvi “Silk Road Business Summit” öz işinə başlayıb.

Demokrat.az-ın məlumatına görə, çoxlu sayda dövlət və özəl şirkət rəhbərləri, “Bir Kəmər, Bir Yol” layihəsi üzərində fəaliyyət göstərən qurumların iştirak etdiyi tədbirdə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edib. Baş direktor qeyd edib ki, 21-ci əsrin bütün texniki srandartlarına cavab verən Bakı Limanı böyük həcimdə Çin yüklərini qəbul etmək və regional qovşaq rolunu oynamağa hazırdır.

Qonaqların diqqətinə çatdırılıb ki, noyabr ayının 25-də Vyanada Bakı Limanı Avstriyanın “ÖBB Rail Cargo Group” və Niderlandın “Cabooter Group” arasında Avropadan Çinə gedən yük dövriyyəsini artırmaq məqsədi ilə Anlaşma Memorandumu imzalayıb. Bu yeni marşrut üzərindən gələn ildən yüklərin Avropa İttifaqından Çinə nəql olunması nəzərdə tutulub.

Port of Baku - Bakı Limanı adlı şəxsin şəkli.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top