Türkiyədə fahişə əməliyyatı: Azərbaycanlılar xilas edildi — FOTO

HADİSƏ 07 dek 2019, 14:11

Türkiyənin Antalya şəhərində 14 ünvanda keçirilən əməliyyat nəticəsində məcburən fahişəliyə cəlb olunan üç azərbaycanlı xilas edilib. Finike, Kumluca və Almalı rayonlarında keçirilən əməliyyat nəticəsində 12 şübhəli tutulub.

 

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar qadınları fahişəliyə məcbur etmə, vasitəçilik etmə və yerlə təmin etməkdə günahkar biliniblər.

 

Onlar Özbəkistan və Qırğızıstandan yüksək maaşla işlə təmin edəcəkləri adı ilə gətirdikləri qadınları zorla, təhdidlə və güc tətbiq etməklə fahişəliyə məcbur ediliblər.

 

İnsan alverçilərinin qurbanlarından üçü azərbaycanlı, biri türk, ikisi gürcüstanlı olmaqla, altı qadın xilas edilib.

 

Araşdırma nəticəsində şübhəlilərin ev və avtomobillərindən 15 cib telefonu, 14 telefon kartı, beş pasport və beş sənədsiz ov tüfəngi ələ keçirilib. (oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top