Azərbaycanda deputat vəfat etdi

HADİSƏ 06 dek 2019, 23:44

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.

 

Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov məlumat verib.

 

V. Əhmədov bildirib ki, Yevda Abramov bu gün müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.

 

Deputatla vida mərasimi dekabrın 7-də Quba rayon Mədəniyyət evində keçiriləcək.

 

Qeyd: Y. Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.

 

Xatırlatma: Yevda Abramov 2017-ci ilin dekabrında onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. O, daha sonra müalicəsini İsraildə davam etdirib. Heydər Əliyev Fondu deputat Yevda Abramovun müalicə xərclərini öz üzərinə götürmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top