Prezidentdən Muxtar Babayevə ağaclarla bağlı CİDDİ TAPŞIRIQ

GÜNDƏM 06 dek 2019, 22:56

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunda keçirilən ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə ciddi tapşırıq verib.

 

Demokrat.az-ın xəbərinə görə, dövlət başçısı deyib ki, ağaclara qulluq etmək lazımdır: “Mən gələndə gördüm ki, yolboyu əkilmiş bəzi ağaclar quruyub”.

 

Nazir Muxtar Babayev isə bildirib ki, quruyan ağacların hamısı mütləq dəyişdiriləcək, onlara qulluq olunacaq: “Ümumiyyətlə, aksiya səhər tezdən başlayıb. Bir neçə gündür hazırlıq işləri görülüb. Bütün rayonlarda bu işlər çox böyük əhval-ruhiyyə ilə görülür və günün sonuna bizim hesabatımız olacaq".

 

Qeyd: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dekabrın 6-da ölkə ərazisində 650 min ağac əkilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top