"Milli Məclisin islahatçılıq ideyasına adekvat münasibəti mütləqdir" — Əflatun Amaşov

GÜNDƏM 06 dek 2019, 22:27

"Seçki hər bir xalqın həyatında son dərəcə mühüm taleyüklü məsələdir. Seçki xalqın özünütəsdiqidir. 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərinin də bu baxımdan əlamətdar hadisəyə çevriləcəyinə əminəm. Bu əminlik üçün 1918-ci il müstəqilliyimizlə başlanmış parlamentarizm tariximiz, 1991-ci ildən sonrakı yolumuz var".

 

Demokrat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Facebook" profilində yazıb. 
 

O qeyd edib ki, Azərbaycan Respublikasının Milli Məclisi müasir dövr müstəqillik illərindəki fəaliyyəti ilə həm tarixi parlamentarizm ənənələrimizə sadiqliyini qoruyub, həm ölkəmizin mühüm ictimai-siyasi institutu, həm də qanunvericilik orqanı kimi özünü təsdiqləməyi bacarıb: 


"Milli Məclisin təmsil olunduğum V çağırış tərkibinin də ənənələrə sadiqlik ruhuna kökləndiyini gördüm. Bununla qürur duydum. Zaman dəyişir, tələblər də həmçinin. Milli Məclisin islahatçılıq ideyasına adekvat münasibəti mütləqdir. Əminəm ki, 2020-ci ilin 9 fevral seçkisindən sonra formalaşacaq parlamentimiz cəmiyyətimizin etimadını doğruldaraq müstəqil Azərbaycan Respublikasının inkişafına yeni-yeni töhfələr verəcəkdir".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top