NATO-nun ən güclü orduları açıqlandı — SİYAHI

DÜNYA 06 dek 2019, 18:36

NATO-nun ən güclü ordularının siyahısı açıqlanıb.

 

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, siyahı müdafiə büdcələri, texnoloji inkişaf səviyyəsi, personal sayı kimi meyarlar nəzərə alınaraq hazırlanıb.
 

NATO-nun ən güclü orduları siyahısına ABŞ başçılıq edib. 716 milyard dollar hərbi büdcəyə, 1 milyon 281 min 900 nəfərlik aktiv hərbi personala sahib ABŞ ordusu alyansdakı bütün müttəfiqlərini qabaqlayıb.
 

Siyahının ikinci pilləsində 40,5 milyard dollarlıq büdcə ilə Fransa qərarlaşıb. İlk üçlüyü Böyük Britaniya tamamlayıb.
 

Siyahının dördüncü pilləsində Türkiyə ordusu qərarlaşıb. Türkiyənin 8,6 milyard dollar hərbi büdcəsi, 355 minlik aktiv hərbi personalı olduğu qeyd edilib. 5-7-ci yerləri müvafiq olaraq Almaniya, İtaliya və İspaniya orduları tutub.
 

Siyahıda digər ölkələr bu cür qərarlaşıb:
 

8. Kanada
 

9. Polşa
 

10. Yunanıstan
 

11. Çexiya
 

12. Hollandiya
 

13. Norveç
 

14. Rumıniya
 

15. Bolqarıstan

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top