Azərbaycanda maraqlı məktəb — Dərsə hamı velosipedlə gəlir (VİDEO)

MARAQLI 06 dek 2019, 19:03

Balakən rayonunun İtitala kəndində fəaliyyət göstərən tam orta məktəb başqalarından bir balaca fərqlənir.


Demokrat.az İctimai TV-yə istinadən xəbər verir ki, məktəbin bütün şagirdləri dərsə velosipedlə gəlirlər. Hər sinifdə oxuyan şagirdlərin ayrıca velosiped durağı olduğu üçün qarışıqlıq yaranmır. 


İlk növbədə sağlamlıq üçün nəzərdə tutulsa da velosipedə olan həvəs oğlanı, qızlı bütün şagirdlərin dərsə davamiyyətinə müsbət təsir edib.


Məktəb direktoru Məhəmməd Musayev deyir ki, uşaqlar velosipedlə dərsə gələrkən həm idman edir, dərsə gecikmir vaxta qənaət etmiş olurlar. Kənd sakinləri də bu halı məmnunluqla qarşılayırlar. Artıq dərsə velosipedlə gəlmək ənənəsi müəllimlər arasında da yayılıb.(Bizimyol.info)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top