GUAM ölkələri Baş nazirlərinin görüşü keçiriləcək — Azərbaycanı Əli Əhmədov təmsil edəcək

SİYASƏT 06 dek 2019, 17:25

Dekabrın 12-də Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatına (GUAM) üzv ölkələrin Baş nazirlərinin görüşü keçiriləcək. 


Ukraynanın Azərbaycandakı səfirliyindən Demokrat.az-a daxil olan məlumata görə, görüşdə GUAM üzvü olan Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın hökumət rəsmilərinin başçılıq edəcəyi nümayəndə heyətləri iştirak edəcəklər. 


Sözügedən toplantıda Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik edəcəyi nümayəndə heyəti təmsil edəcək.


Görüş zamanı GUAM-a üzv dövlətlər arasında birgə gömrük haqqında Saziş və digər sənədlər imzalanacaq, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın işgüzar dairələrinin biznes forumu keçiriləcək. 


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top