UEFA-da Azərbaycanla bağlı DƏYİŞİKLİK

İDMAN 06 dek 2019, 13:06

Avrokuboklarda 2020/2021 mövsümü üçün komandaların ölkələr üzrə bölgü siyahısı tərtib edilib. 


Demokrat.az xəbər verir ki, Azərbaycan klublarının da mötəbər turnirlərdə hansı mərhələdən mübarizəyə qoşulacağı müəyyənləşib.


Mövsüm sonunda Premyer Liqanın qalibi olacaq komanda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən, çempionatın 2 və 3-cü yer - gümüş və bürünc mükafatçıları UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. 


Ötən mövsümlə müqayisədə yeganə və önəmli dəyişiklik Azərbaycan kubokunun sahibi ilə bağlı olacaq. Belə ki, Azərbaycan kubokunun sahibi  Avropa Liqasında 2-ci yox, 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. 


Xatırladaq ki, ötən il kuboku qazanan “Qəbələ” 2-ci təsnifat mərhələsində meydana çıxmışdı.


Buna səbəb Azərbaycanın UEFA reytinqində geriləməsi olub. Belə ki, 2018-ci ilin yayında Avropada 23-cü olan ölkəmiz bu yay 26-cı yerdə qərarlaşıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top