Bakıda daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyişdirildi

SOSİAL 06 dek 2019, 08:59

Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti 592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirərək aşağıdakı şəkildə yeni istiqamət müəyyən edilməsi ilə bağlı sərəncam verib.

 

Demokrat.az bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, 592 saylı marşrut xəttini Əliçıraq yaşayış massivindən başlayaraq Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi "Mərkəz", "Xırdalan dairəsi" olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq.

 

Xatırladaq ki, müvafiq sərəncamın icrasına bu gündən başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top