Türkiyədəki silahlı atışmada 10 nəfər yaralandı

DÜNYA 05 dek 2019, 23:31

Türkiyənin İzmir şəhərində silahlı atışma baş verib.


Aralarında mübahisə yaranan 2 qrup bir-birlərinə tapança və tüfəngdən atəş açıblar. Nəticədə hər iki tərəfdən ümumilikdə 10 nəfər yaralanıb. Hadisə yerinə xeyli sayda polis və təcili yardım işçiləri göndərilib. İnsidentə görə 6 nəfər saxlanılıb.


Polis tərəflərin yenidən dava ehtimalına qarşı təhlükəsizlik tədbirlərini gücləndirib və məhəlləni nəzarətə götürüb. (Qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top