BNA-dan sərnişini döyən sürücü ilə bağlı AÇIQLAMA

HADİSƏ 05 dek 2019, 12:38

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır.

 

Demokrat.az-ın xəbərinə görə, qurumun mətbuat katibi Mais Ağayev “Report”a bildirib ki, həmin marşrut xətti üzrə daşıyıcı - “Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb.

 

Hadisə ilə bağlı onda izahat tələb olunub. “Ümumiyyətlə, bildirim ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii ki, hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Eyni zamanda qeyd edim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürək açan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə, onunla bağlanan müqaviləyə xitam veriləcək”,- M.Ağayev qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top