Abşeronda Beynəlxalq Könüllülər Günü qeyd olundu — FOTOLAR

SOSİAL 04 dek 2019, 20:17

5 dekabr – Beynəlxalq Könüllülər Günü və “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində abşeronlu könüllülərlə görüş keçirilib. Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak edib. 

 

Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən Abşeron RİH başçsı İradə Gülməmmədova qeyd edib ki, hazırda da bu idoelogiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayan İ.Gülməmmədova bildirib ki, Abşeron Rayon İcra Hakimiyyətinə dördünçü rüb üzrə könüllülük fəaliyyəti üçün ümumilikdə 180-ə yaxın gənc müraciət edib, onlardan 70-i könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunub və ixtisaslarına uyğun olaraq İcra Hakimiyyətinin müvafiq şöbələrində könüllülük fəaliyyətini həyata keçiriblər.


Bildirilib ki, könüllülər Abşeron RİH-i tərəfindən təşkil olunan ümumrayon iməciliklərində, rayon rəhbərinin səyyar qəbul-görüşlərində iştirak edib, rayon ərazisində yerləşən “N” saylı hərbi hissəyə bir necə dəfə baş çəkib və şəxsi heyətə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 2000-dən çox bədii ədəbiyyat və qiymətli hədiyyələr təqdim ediblər. Eyni zamanda Abşeron RİH-nin təşkilatçılığı ilə könüllülər şəhid ailələri və Qarabağ qaziləri ilə görüşüblər.
Könüllülərin bir neçəsinin RİH aparatında işlə təmin olunduğunu vurğulayan İ.Gülməmmədova əlavə edib ki, könüllülər üçün pulsuz ingilis dili kursu təşkil olunub. Abşeron RİH-nin əməkdaşı Şəmsi Əliyev və RİH-də təcrübə keçən könüllü Fəxri Nuriyev tərəfindən rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarına qəbulun elektron qaydada aparılması üçün sistem hazırlanıb. 


2017-ci ilin dekabrında rayonun bir qrup könüllüləri tərəfindən “facebook” sosial şəbəkəsində “Milli Amal” qrupunun  yaradıldığnı və onun üzvlərinin sayının artıq 7 minə yaxın olduğunu qeyd edən başçı bildirib ki, “Milli Amal” qrupunun məqsədi Ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri, Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti, ölkədə aparılan abadlıq-quruculuq və yenidənqurma işlərini, Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyətini və bu istiqamətdə gördüyü işləri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, eləcə də rayon ərazsində aparılan abadlıq quruculuq işlərini təbliğ və təşviq etməkdir. 


Bildirilib ki, statistik göstəricilərə görə, təkcə son 1 ay ərzində qrupun aktiv üzvləri tərəfindən 7847 paylaşım edilib , 24 min rəy yazılıb, 120 mindən çox isə bəyənmə olub. Qrupun sayça ən çox aktiv üzvlərini xanımlar təşkil edir, ən çox paylaşım və rəylərdə məhz xanımlar tərəfindən edilib. 


Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən könüllülərə və könüllük fəaliyyətinin təşkil olunmasında iştirak edən fəal məsul şəxslərə fəxri fərman və qiymətli hədiyyələr verilib.


Tədbir  respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top