Sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik? - VİDEO

SOSİAL 04 dek 2019, 21:29

Sürücülük vəsiqələri üçün təşkil edilən imtahanların Dövlət İmtahan Mərkəzi Tərəfindən icra olunması təklif edilib.


Millət vəkili Fazil Mustafa "ARB" TV-yə açıqlamasında bunun mümkün olduğunu deyib:

 

"Bugünkü qəzaların çoxu bundan doğan problemdir. Bu məsələ öz həllini tapa bilər, müvafiq qurumlar arasında danışıqlar aparılmalıdır".

 

Ekspertlər isə deyir ki, imtahanın hansı qurum tərəfindən keçirilməsinin önəmi yoxdur. Əgər, bu iş DYP-dəki kimi icra ediləcəksə, başqa bir quruma həvalə etmək əlavə çətinliklər yarada bilər. Bu, həm də vətəndaşların vaxt itkisinə də səbəb olacaq.

 

Daha ətraflı videodan izləyin: (yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top