Azərbaycanda hotellərlə bağlı yeni tələb

SOSİAL 04 dek 2019, 18:18

"Yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hər bir hotel mütləq şəkildə ulduz kateqoriyasına malik olmalıdır".

 

BakuPost xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasında çıxış edən Dövlət Turizm Agentliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib.


Onun sözlərinə görə, hotellərin ulduz alması üçün onlara müəyyən qədər vaxtın verilməsi nəzərdə tutulur:
"Hotellər fəaliyyətə başlayandan dərhal sonra yox, 6 ay ərzində müvafiq orqanlara müraciət edir. Ona göstərdiyi xidmətlərə uyğun gələn ulduz sertifikatı verilir. Hotel ulduz aldıqdan sonra ona əlavə olaraq 15 gün də vaxt veriləcək ki, bu ulduz barədə məlumatı turizm reyestrinə daxil edə bilsin".

 

DTA rəsmisi bildirib ki, hotellərə ulduz verilməsinin məcburiləşməsi turizm sənayesinin inkişafına töhfə verəcək.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top