NATO Zirvəsində liderlərin Tramp barədə gizli danışıqları yayıldı — VİDEO

DÜNYA 04 dek 2019, 18:05

İngiltərədə baş tutan NATO Zirvəsində maraqlı hadisə yaşanıb.


Demokrat.az xarici KİV-ə istinadla xəbər verir ki, NATO Zirvəsində Kanadanın baş naziri Castin Trudeu, İngiltərə baş naziri Boris Conson və Fransa prezidenti Emanuel Makron Tramp barədə danışarkən gizli kameraya düşüblər. 


Zirvə iştirakçılarından biri tərəfindən çəkilən görüntülərdə Trudeu Trampın jurnalistlərə verdiyi uzun açıqlamalara təəccübləndiyini bildirib: 


"40 dəqiqəlik mətbuat konfransında iştirak etdiyi üçün bura gecikib".


Makron isə Trampla gələn şəxslərin buna heyrətlə baxdıqlarını deyib. 


Fransa prezidenti isə hərarətli şəkildə söhbətə davam edib. Onun dediyi sözlər isə eşidilməyib.(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top