"Yeganə amacı qisasdır" - Natiq Cəfərli Əli İnsanovu BİABIR ETDİ

SİYASƏT 04 dek 2019, 11:34

“Dünən ilk dəfə Əli İnsanovu seçki müzakirələri zamanı gördüm (mövzu seçki olduğu üçün toplantıda iştirak edirdim), çıxışını canlı dinlədim. Adam iqtisadi mövzulara da girdi və məlum oldu ki, dünyadan da, ölkədən də bixəbərdir, tezisləri içiboş, rəqəmləri səhv, çıxartdığı nəticələr gülüncdür”.

 

Bunu ReAl Partiyasının icra katibi Natiq Cəfərli müxalifət partiyalarının növbədənkənar parlament seçkisinin müzakirəsi üçün dünən keçirdiyi toplantı barədə danışarkən bildirib.

 

“Əli müəllimin yeganə amacı qisasdır - başqa heç bir siyasi, iqtisadi vizionu yoxdur, ola da bilməz, çünki çox köhnədir, müasir təməl bilikləri yoxdur. Adam elə bilir ki, hər çıxışında 10 dəfə "Avropa, ABŞ" desə, Qərb bunu dəstəkləyəcək, adam düşünür ki, problemlərin səbəblərinə toxunmadan nəticəsini söyləsə ictimai dəstək qazanacaq”, - N.Cəfərli əlavə edib.

 

ReAl funksioneri deyib ki, o, məmləkətin gələcəyinin dizayn olunmasında belə bir insanın iştirak etməsindən ürkür, bunu istəmir.

 

“Əli müəllim çıxışında Norveçi misal çəkdi, örnək göstərdi, amma demədi ki, Norveç ona görə Norveç olub ki, tarixində oğru nazirlər, haqqı tapdalayan məmurlar olmayıb, Norveç ona görə Norveç olub ki, qonşuları İsveç, Danimarka və Finlandiyadır, daha Ermənistan, Rusiya və İran deyil”. (modern.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top