Aeroport yolunda BMW yük maşınına çırpıldı - VİDEO

HADİSƏ 04 dek 2019, 10:47

Paytaxtda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Oxu.Az xəbər verir ki, hadisə aeroport yolunun Suraxanı rayonu ərazisində baş verib.

 

Qəza zamanı  90-DA-130 dövlət nömrə nişanlı, BMW markalı avtomobil yük maşınına arxadan çırpılıb.

 

Məlumatlara görə, qəza zamanı yük avtomobili yol kənarında dayanmış vəziyyətdə olub.

 

Hadisə nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. Qəza zamanı BMW yararsız vəziyyətə düşüb.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top