Ölüm xəbəri yayılan deputatın qızı ÇAĞIRIŞ ETDİ

GÜNDƏM 04 dek 2019, 10:30

Yevda Abramov hələ də reanimasiyadadır. Həkimlərin sözlərinə görə, vəziyyəti stabilləşib.

 

Bu sözləri Axar.az-a açıqlamasında ötən gündən vəziyyəti ağırlaşan millət vəkili Yevda Abramovun qızı Bəsti Yusifova deyib. O, atasının ölümü ilə bağlı ötən gün yayılan məlumatlara reaksiya verib:

 

“Atamın ölümü haqda kim məlumat yayıb, bilmirik, ancaq hamı başa düşməlidir ki, belə xəbərlər bu ağır günlərimizdə bizi üzür. Atamın müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxanada davam edir. Həkimlər də deyir ki, ümid hər zaman var və biz də ümidimizi üzmürük. Hamıdan xahiş edirik ki, belə məqamda həssas olsunlar”.

 

B.Yusifova qeyd edib ki, atasının müalicəsi üçün İsraildəki hansısa xəstəxanaya aparılması barədə bir fikirləri yoxdur.

 

Xatırladaq ki, millət vəkili Y.Abramov 12 iyun 1948-ci ildə Qubanın məşhur Qırmızı qəsəbəsində doğulub. Tarixçidir, bir müddət pedoqoji fəaliyyətlə məşğul olub.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top