"Yevda Abramov ölməyib, vəziyyəti ağırdır" – Vahid Əhmədov

SOSİAL 03 dek 2019, 22:39

"Deputat Yevda Abramovun vəziyyəti ağırdır".

 

Bu barədə Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov məlumat verib.

 

V. Əhmədov bildirib ki, Y.Abramovun ölümü ilə bağlı yayılan informasiya doğru deyil: "Oğlu ilə danışmışam. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir. Nəfəs alır, amma vəziyyəti çox ağırdır".

 

Qeyd edək ki, Y. Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.
 
 
Xatırlatma: Yevda Abramov 2017-ci ilin dekabrında onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. O, daha sonra müalicəsini İsraildə davam etdirib. Heydər Əliyev Fondu deputat Yevda Abramovun müalicə xərclərini öz üzərinə götürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top