Erməniyə "super" yazan Briliantdan Röyaya cavab: “Kölgəmin qılınclanmasına öyrəşmişəm”

ŞOU-BİZNES 03 dek 2019, 21:55

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan "3D” proqramında həmkarı Brilliant Dadaşovanın erməni musiqiçinin paylaşımına rəy yazması ilə bağlı öz fikrini bildirib.

 

Röya Ayxanın "Millətimi incidən millətə super yazmaram, yaza bilmərəm” sözlərinə Xalq artisti Brilliant Dadaşova münasibət bildirib.

 

Xalq artisti instaqram səhifəsində yeni layihəsini paylaşaraq ad çəkməsə də, Röyaya ismarış yollayıb. Müğənninin həmin fikirlərini Röyaya ünvanladığı iddia edilib:

 

"Səhnəyə çıxdığım ilk gündən bu günədək təriflədiyim hər kəs fürsət tapıb kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizə güvənərək təsəlli tapdım”.

 

Məsələ ilə bağlı açıqlama vermək istəməyən ulduz səfərə hazırlaşdığını, bir dəqiqə belə vaxtı olmadığını, o cümlədən "Kölgəmin qılınclanmasına öyrəşmişəm" deməklə kifayətlənib.(publika.az)

 

Demokrat.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top