Ermənistanın rəsmi nümayəndə heyəti Azərbaycana gəlir

HADİSƏ 03 dek 2019, 18:33

Ermənistanın Baş Naziri Nikol Paşinyanın göstərişi ilə bu ölkənin rəsmi şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.


Demokrat.az xəbər verir ki, bu barədə "Aysor.am" saytı məlumat yayıb.


Ermənistan nümayəndə heyəti dekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında iştirak edəcəklər.


Nümayəndə heyətinin tərkibinə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin şöbə müdiri Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Artem Aznauryan daxildirlər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top