Deputatların xarici səfərləri ləğv olundu

SOSİAL 03 dek 2019, 16:38

Sabah – dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada ATƏT PA-nın Büro iclası və ATƏT-in Nazirlər Şurasının iclası keçiriləcək.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.

 

O bildirib ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti sabahkı iclasa qatılmayacaq: “Bildiyiniz kimi, dünən - dekabrın 2-də Milli Məclisdə parlamentin  buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında qərar qəbul olunub və bununla bağlı ölkə başçısına müraciət edilib. Cənab Prezident isə Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olub-olmaması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Sabah isə həmin müraciətlə bağlı Konstitusiya Məhkəməsinin qərarı olacaq. Bütün bunlar əsas verir ki, xarici səfərlərimizi təxirə salaq və ölkənin əsas gündəmi olan seçkilər və digər məsələlərlə məşğul olaq. Bu, normal bir praktikadır və dünyanın hər bir yerində parlament buraxıldığı təqdirdə parlament üzvlərinin birbaşa daxili siyasətə fokslaşması, seçkilərlə bağlı məsələlərlə məşğul olması normal haldır”. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top