Prezident daha bir məmuru işdən çıxardı (SƏRƏNCAM)

SOSİAL 03 dek 2019, 15:01

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov vəzifəsindən azad olunub.

 

Demokrat.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncamla Vəli Allahverdi oğlu Hüseynov Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsindən azad edilib.

 

Ali Attestasiya Komissiyasından "Report"a fakt təsdiqlənib.

 

Qeyd edək ki, V.Hüseynov 2010-cu ildən bu vəzifədə çalışırdı.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top