"Brilliant kimi erməniyə "super" yaza bilmərəm" - Röya (VİDEO)

ŞOU-BİZNES 03 dek 2019, 14:25

Xalq artisti Röya Ayxan qonaq olduğu "3D" proqramında açıqlamaları ilə gündəmə gəlib.


Müğənni aparıcı Dadaş Dadaşlinskinin "Brilliant Dadaşova erməni ifaçının altına "super" yazmışdı. Dedi ki, görsəm, erməni yaxşı ifa edir, yenə yazacam. Çünki mahnının milliyəti olmur" sözlərinə qalmaqallı reaksiya verib:

 

"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

 

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub".(axşam.az)

 

 

​Demokrat.z

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top